Bank Of Baku

ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb

ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb
# 11 iyun 2016 03:16 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Hotorn şəhərində (Kaliforniya ştatı) yüngülmotorlu təyyarə iki mərtəbəli yaşayış evinin üzərinə düşüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb. 

 

Qəza nəticəsində evdə  yanğın başlayıb. Sakinlər vaxtında evi tərk edə biliblər, onların həyatlarına təhlükə yoxdur.

 

Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR