Bank Of Baku

ABŞ-ın Nyu-Cersi şəhərində marafon öncəsi partlayış törədilib

ABŞ-ın Nyu-Cersi şəhərində marafon öncəsi partlayış törədilib
# 17 sentyabr 2016 20:59 (UTC +04:00)

Bakı-APA.  ABŞ-ın Nyu-Cersi şəhərində marafon öncəsi partlayış törədilib, insident nəticəsində xəsarət alan olmayıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu zibil qutusunda yerli vaxtla 09.30-da (Bakı vaxtı ilə 17.30-da)  partladılıb.   

 

Saat 9.00 planlaşdırılmış 5 km-lik xeyriyyə marafonun startı qeydiyyatla əlaqədar yubanıb. Partlayışdan sonra marafonun keçirilməməsinə qərar verilib.   

 

Məlumata görə, hadisə yerinin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb.  

 

İnsident polis tərəfindən araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR