Bank Of Baku

ABŞ-ın vitse-prezidenti Yaxın Şərqə səfər edəcək

ABŞ-ın vitse-prezidenti Yaxın Şərqə səfər edəcək
# 08 yanvar 2018 23:06 (UTC +04:00)

ABŞ-ın vitse-prezidenti Mayk Pens yanvarın sonunda İsrail, İordaniya və Misirə səfər edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat-xidməti məlumat verib.

 

“Vitse-prezident Pens prezident Donald Trampın adından İsrail, İordaniya və Misirə səfər edəcək. Səfərin yanvarın 19-dan 23-dək baş tutacağı planlaşdırılır”, məlumatda deyilir.

 

Qeyd edək ki, Fələstin rəhbərliyi Vaşinqtonun Yerusəlimi İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq ABŞ-ın vitse-prezidenti ilə görüşməkdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR