ABŞ-ın vitse-prezidenti Mayk Pensin Yaxın Şərqə gözlənilən səfərinin yeni tarixi məlum olub.
APA-nın xəbərinə görə, M. Pensin səfəri yanvarın ortasında gerçəkləşəcək. Bu barədə vitse-prezidentin mətbuat təmsilçisinin yaydığı məlumatda bildirilir.
Əvvəlcə dekabr ayının 19-na planlaşdırılan səfərin Konqresdə yeni vergi qanununa baxılması ilə əlaqədar təxirə salındığı açıqlanmışdı. Lakin əsas səbəbin prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra bölgədə yaranmış gərginliklə əlaqədar olduğu sirr deyildi. Fələstin rəhbəri Mahmud Abbas onunla görüşməkdən imtina etmişdi.
M. Pens Misir və İsraili ziyarət edəcək.