Bank Of Baku

ABŞ Quantanamo həbsxanasından 15 məhbusu azad edib

ABŞ Quantanamo həbsxanasından 15 məhbusu azad edib
# 16 avqust 2016 01:37 (UTC +04:00)

Bakı-APA. ABŞ Quantanamo həbsxanasında saxlanan 15 məhbusu azad edərək Birləşmiş Ərəb Əmirliklərinin hökumətinə təhvil verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.

 

Bu ilin iyunu üçün  Quantanamo həbsxanasında 79 məhbus qalırdı. Qeyd edək ki, Barak Obama dəfələrlə  həbsxananı bağlayacağına söz versə də, hər dəfə Konqresin etirazı ilə qarşılaşıb. Ötən ilin dekabrında ABŞ prezidenti bəyan etmişdi ki, 2016-cı ilin əvvəlində Quantanamoda məhbusların sayı 100 nəfərdən az olacaq.

 

Xatırladaq ki, Kuba ərazisində yerləşən Quantanamo həbsxanası 2002-ci ildə "Əl-Qaidə"nin törətdiyi 11 sentyabr terror aktından sonra açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR