Bank Of Baku

ABŞ "B61-12" nüvə bombasını sınaqdan keçirib

ABŞ "B61-12" nüvə bombasını sınaqdan keçirib
# 02 iyul 2018 02:48 (UTC +04:00)

ABŞ Hərbi-Hava Qüvvələri Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi ilə birlikdə ilk dəfə olaraq "B-2 Spirit" strateji bombardmançı təyyarələrlə "B61-12" idarə olunan nüvə bombasını sınaqdan keçirib. 

 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin press-relizində bildirilir. 

 

Məlumata görə, təyyarənin nüvə bombasını daşımaq qabiliyyətini müəyyənləşdirmək və bombanın qeyri-nüvə funksiyalarını nümayiş etdirmək məqsədi ilə keçirilən sınaqlar birgə testlərin tərkib hissəsidir.  
 

Qeyd olunan bombanın sınağı bundan əvvəl  F-15E qırıcı təyyarənin vasitəsi ilə 2 dəfə Nevada ştatındakı poliqonda keçirilib.   

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR