Bank Of Baku

ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru istefaya gedir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru istefaya gedir
# 05 yanvar 2018 20:52 (UTC +04:00)

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru, admiral Maykl Rocers istefaya gedir.

 

APA-nın xəbərinə görə, bu barədə “Washington Post” məlumat verib.

 

Məlumata əsasən, Agentlik rəhbəri əməkdaşlarına yazda vəzifəsini tərk edəcəyini elan edib.

 

Maykl Rocers MTA-nın rəhbəri vəzifəsinə 2014-cü ildə eks-prezident Barak Obama tərəfindən təyin edilib. Bundan əvvəl 30 illik hərbi təcrübəyə malik admiral Sakit okean donanmasının bir sıra kəşfiyyat əməliyyatlarına başçılıq edib və ABŞ Hərbi-Dəniz Qüvvələri kiberkomandanlığının rəhbəri olub.

 

Məlumata görə, Milli Təhlükəsizlik Agentliyinin yeni rəhbərinin adı yanvarda bilinəcək . Donald Tramp tərəfindən irəli sürülən şəxsin namizədliyi Senatda təsdiq olunmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR