Bank Of Baku

ABŞ Rusiya diplomatlarını ölkədən çıxarıb

ABŞ Rusiya diplomatlarını ölkədən çıxarıb
# 08 iyul 2016 23:42 (UTC +04:00)

Bakı-APA. Rəsmi Vaşinqton Rusiyanın ABŞ-dakı səfirliyində çalışan 2 diplomatını ölkədən çıxarıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

 

“Baş vermiş hücuma cavab olaraq iyunun 17-də iki rusiyalı diplomat ABŞ-dan çıxarılıb”, deyə C.Kirbi bildirib.

 

Bundan əvvəl “Washington Post” qəzeti Moskvada, ABŞ-ın Rusiya səfirliyində çalışan əməkdaşının hücuma məruz qaldığı barədə məlumat yaymışdı. Rusiya XİN, öz növbəsində, həmin şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və səfirliyin mühafizəçisinə hücum etdiyini bildirmişdi.

 

Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinin açıqlamasını şərh etməkdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR