Bank Of Baku

ABŞ seçkilərə müdaxilə etməkdə günahlandırılan Rusiya vətəndaşlarının ekstradisiyasını tələb edəcək

ABŞ seçkilərə müdaxilə etməkdə günahlandırılan Rusiya vətəndaşlarının ekstradisiyasını tələb edəcək
# 16 fevral 2018 20:10 (UTC +04:00)

Rəsmi Vaşinqton ABŞ-dakı seçkilərə təsir göstərməkdə günahlandırılan Rusiya vətəndaşlarının ekstradisiya olunmasını tələb edəcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ baş prokurorunun müavini Rod Rozenstayn bəyan edib.

 

“Bununla bağlı Rusiya tərəfi ilə hələ ki, heç bir əlaqəmiz yoxdur.  Biz standart prosedurlara əsasən işimizi quraraq ekstradisiyaya nail olmağa çalışacağıq”, deyə R.Rozenstayn qeyd edib. Eyni zamanda ABŞ rəsmisi qeyd edib ki, ittihamnamədə seçkilərin nəticələrinə təsir edəcək məlumatlar yoxdur. 

 

Qeyd edək ki, ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb. Bunlar iş adamı Yevgeni Priqojin və “İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR