Bank Of Baku

ABŞ və Kuba terrorçuluqla mübarizədə ilk dəfə olaraq səylərini əlaqələndirəcəklər

ABŞ və Kuba terrorçuluqla mübarizədə ilk dəfə olaraq səylərini əlaqələndirəcəklər
# 08 iyun 2016 05:44 (UTC +04:00)

Bakı-APA. ABŞ və Kuba xüsusi xidmət orqanları ilk dəfə olaraq terrorçuluqla mübarizə üzrə ekspertlərinin görüşünü keçirəcəklər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilir.

 

“ABŞ və Kuba ilk dəfə olaraq iyunun 8-də Havanada terrorçuluqla mübarizə sahəsində təcrübə mübadiləsinə dair danışıqlar aparacaqlar”, - deyə məlumatda bildirilir.

 

ABŞ nümayəndə heyətində Federal Təhqiqatlar Bürosu, Gömrük və Sərhəd Nəzarəti Xidmətləri, Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamentinin əməkdaşları təmsil olunacaqlar.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR