Bakı-APA. ABŞ və Şimali Avropa ölkələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların uzadılmasına dair razılığa gəliblər.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.
ABŞ və Şimali Avropa ölkə liderləri Rusiyanın Baltik dənizində hərbi mövcudluğunun gücləndirməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Qeyd edək ki, ABŞ prezidenti ilə görüşdə Danimarka, İsveç, İslandiya, Norveç və Finlandiya liderləri iştirak edib.