Paşha Bank
Bank Of Baku

Amerikalı aktyor həyat yoldaşını qətlə yetirdiyinə görə 40 il müddətinə azadlıqdan mərhum edilib

Amerikalı aktyor həyat yoldaşını qətlə yetirdiyinə görə 40 il müddətinə azadlıqdan mərhum edilib
# 11 iyun 2016 01:06 (UTC +04:00)

Bakı-APA. ABŞ-da tanınmış aktyor, “Qalxan” serialının qəhrəmanlarından biri Maykl Ceys həyat yoldaşını qətlə yetirdiyinə görə 40 il müddətinə azadlıqdan mərhum edilib.

 

APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat verib.

 

Məlumata görə, Los-Anceles məhkəməsi M.Ceys barəsində hökmü iyunun 10-da çıxarıb.

 

53 yaşlı aktyor həyat yoldaşı Eyprili qətlə yetirdiyini etiraf edib, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

 

Maykl Ceys karyerasında 50-dən çox film və serialda çəkilib. Onun ən tanınmış rolları “Qalxan”, “Sautlend” və “Mentalist” seriallarında olub. O, həmçinin “Forrest Qamp”, "Meymunlar planeti" və s. filmlərdə rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR