Argentinanın Puerto-Xeneral-San-Martin limanında baş verən güclü partlayış nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buğda terminalında baş verən partlayışdan sonra meydana gələn yanğın söndürülüb.
Bundan əvvəl 17 nəfərin yaralandığı bildirilirdi. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
23:02
Argentinanın Puerto-Xeneral-San-Martin şəhərində buğda terminalında güclü partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 17 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə məlumat verilmir. Partlayışın səbəbi hələ ki, müəyyənləşdirilməyib.