Bank Of Baku

Argentinanın paytaxtında iğtişaşlar nəticəsində 81 nəfər xəsarət alıb

Argentinanın paytaxtında iğtişaşlar nəticəsində 81 nəfər xəsarət alıb
# 19 dekabr 2017 01:36 (UTC +04:00)

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 81 nəfər xəsarət alıb

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, onlardan 48-in asayiş keşikçisi, 33-ün etirazçı olduğu bildirilir.

 

İğtişaşlar nəticəsində 48 nəfər saxlanılıb.

 

Qeyd edək ki, Argentina paytaxtında pensiya islahatına qarşı nümayiş iğtişaş və polislə qarşıdurma ilə nəticələnib. Hazırda ölkə konqresinin Deputatlar Palatasında pensiyalara dair qanun layihəsi müzakirə olunur. Etirazçılara görə, qanunun qəbul edilməsi pensiyaların miqdarını azaldacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR