Qlobal səviyyədə silahlı münaqişələrin sayı azalıb, lakin Yaxın Şərq və Afrikada yeniləri meydana gəlib.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.
“Münaqişələrin həlli getdikcə çətinləşir. Onların müddəti də artır, orta hesabla 20 il davam edir”, baş katib qeyd edib.
Antoniu Quterreş həmçinin qeyd edib ki, 2030-cu ilədək dünyada 30 milyondan çox QİÇS-ə yoluxmuş insanın müalicəsi mümkün olacaq.