Bank Of Baku

BMT: Dünyada miqrantların sayı 258 milyonu ötüb

BMT: Dünyada miqrantların sayı 258 milyonu ötüb
# 19 dekabr 2017 03:23 (UTC +04:00)

Dünyada miqrantların sayı 258 milyonu ötüb.

 

APA-nın xəbərinə görə, bu barədə BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin məruzəsində deyilir.

 

Hesablamalara əsasən, 2000-ci illə müqayisədə dünyada miqrantların sayı 49% artıb, onlardan 26 milyonu qaçqınlardır.  Hazırda ən çox miqrant ABŞ-da yaşayır – 49,8 milyon nəfər. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada bu rəqəm 12 milyon, Böyük Britaniyada – 9 milyon təşkil edir.

 

Ölkələrini tərk edənlərin sayına görə Hindistan liderlik edir - 17 milyon. İkinci yerdə Meksika qərarlaşıb, bu ölkəni13 milyon insan tərk edib. Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan 6 milyondan 11 milyonadək insan köç edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR