Bank Of Baku

BMT Baş Assambleyasının 71-ci sessiyasının sədri seçilib

BMT Baş Assambleyasının 71-ci sessiyasının sədri seçilib
# 14 iyun 2016 07:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ficinin BMT yanındakı keçmiş daimi nümayəndəsi Piter Tomson BMT Baş Assambleyasının 71-ci sessiyasının sədri seçilib.

 

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, Piter Tomsonun namizədliyini 94 dövlət dəstəkləyib.

 

Baş Assambleyanın 70-ci sessiyasının nümayəndələrinə müraciət edən Piter Tomson bildirib ki, bu il sentyabrın 13-də işinə başlayacaq 71-ci sessiyada onun əsas prioritetləri 2015-ci ildən sonra davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, gender balansının təmin edilməsi, insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər olacaq.

 

BMT baş katibi Pan Gi Mun P. Tomsonu 71-ci sessiyanın sədri seçilməsi münasibətilə təbrik edib və onun davamlı inkişaf, bərabərlik istiqamətində səylərini dəstəklədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR