Bank Of Baku

BMT rəsmisi: “Baş katib nüvə razılaşmasının qorunub saxlanacağına ümid edir”

BMT rəsmisi: “Baş katib nüvə razılaşmasının qorunub saxlanacağına ümid edir”
# 14 oktyabr 2017 01:22 (UTC +04:00)

BMT baş katibi Antoniu Quterreş İranın nüvə proqramı ilə bağlı razılaşmanın qorunub saxlanacağına ümid edir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

 

“Baş katib dəfələrlə bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planının qəbul edilməsi nüvə silahı yayılmaması rejiminin möhkəmlənməsi, habelə qlobal sülh və təhlükəsizlik üçün mühüm nailiyyətdir. O  ümid edir ki, HBFP qorunub saxlanacaq”, deyə S.Düjarrik bildirib.

 

Oktyabrın 13-də prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib. Qeyd edək ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR