Bank Of Baku

BMT TŞ Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı bəyanatı razılaşdıra bilməyib

BMT TŞ Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı bəyanatı razılaşdıra bilməyib
# 16 iyul 2016 23:22 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı bəyanatı razılaşdıra bilməyib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Misir ABŞ-ın təklif etdiyi bəyanat layihəsinə qarşı çıxış edib.

 

Məlumata görə, ABŞ-ın təklif etdiyi bəyanat layihəsində aşağıdakı ifadə əks olunub: “Türkiyədə bütün tərəflər demokratik yolla seçilmiş hökumətə hörmətlə yanaşmalı, təmkinlik nümayiş etdirməli,  zor və qan tökməkdən çəkinməlidir”.

 

Misir tərəfi bəyanatın mətnini aşağıdakı variantda verməyi təklif edib: “Türkiyədə bütün tərəflər demokratik və konstitusion prinsiplərə və hüququn aliliyinə hörmətlə yanaşmalı, zor tətbiq etməkdən və qan tökməkdən çəkinməlidir”.

 

Nəticədə sənəd bloklanıb və bəyanat dərc edilməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR