Bank Of Baku

Boliviyada ildırım 5 nəfəri vuraraq öldürüb

Boliviyada ildırım 5 nəfəri vuraraq öldürüb
# 29 avqust 2016 22:53 (UTC +04:00)

Bakı-APA. Boliviyada ildırım 5 nəfəri vuraraq öldürüb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident San-Lorenso şəhəri yaxınlığında baş verib.

 

Məlumata görə, ildırım güclü leysandan gizlənməyə çalışan bir qrup insanın olduğu tikiliyə düşüb.

 

Hadisə nəticəsində ikisi yeniyetmə olmaqla 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan şəxsin həyatına təhlükə olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR