Bakı-APA. Bu il Braziliyanın Rio-de-Janeyro şəhərində vəzifə başında öldürülən polis əməkdaşlarının sayı 70-ə çatıb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərdə keçirilən Yay Olimpiya Oyunları zamanı isə ölkənin Silahlı Qüvvələrinin bir əsgəri ölümcül yaralanıb. O, şəhərin şimal hissəsində yerləşən beynəlxalq hava limanı yaxınlığında cinayətkarların gülləsinə tuş gəlib.
Məlumata görə, 2016-cı ildə müxtəlif cinayətkar qruplar, o cümlədən narkotik alveri ilə məşğul olan silahlı dəstələrlə baş verən atışmalarda 293 polis əməkdaşı yaralanıb.