Bakı-APA. Çilinin paytaxtı Santyaqoda 3 mln sakin içməli sudan məhrum olub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, buna səbəb leysan yağışlara görə Maypo çayının çirklənməsi olub.
Yerli mətbuat su qıtlığının azı bir sutka davam edəcəyini proqnozlaşdırır.