Çilinin şimalında 4,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Ovalye şəhərindən 57 km cənub-qərbdə, ocağı isə 60 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.