Bank Of Baku

Donald Tramp seçki kampaniyası üçün 1 milyard dollar ianə toplamaq niyyətindədir

Donald Tramp seçki kampaniyası üçün 1 milyard dollar ianə toplamaq niyyətindədir
# 05 may 2016 03:36 (UTC +04:00)

Bakı-APA. Respublikaçı partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası üçün 1 milyard dollar ianə toplamaq niyyətindədir.

 

APA-nın məlumatına görə, bu barədə D.Tramp NBC telekanalına müsahibəsində bildirib.

 

“Biz 1 milyard dollar və daha çox vəsait toplamağa çalışacağıq. Məndə olan məlumatlara görə, demokratlar öz namizədləri üçün azı 2 milyard dollar toplaya bilər”, deyə D.Tramp qeyd edib.

 

Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi  Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.     

 

 Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR