Bank Of Baku

Dövlət Departamenti YPG-nin Mənbicdən çıxması ilə bağlı şərh verməkdən imtina edib

Dövlət Departamenti YPG-nin Mənbicdən çıxması ilə bağlı şərh verməkdən imtina edib
# 22 iyun 2018 03:10 (UTC +04:00)

ABŞ Dövlət Departamenti YPG dəstələrinin Suriyanın Mənbic şəhərini tərk etmə tarixini şərh etmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.  

 

“Deyə bilərəm ki, onlar (YPG dəstələri) ABŞ-Türkiyə razılaşması çərçivəsində Mənbici tərk etməyə razılıq veriblər, lakin mən onların hazırda harada olduğunu deyə bilmərəm”, - deyə Hezer Nauert bildirib. H.Nauert həmçinin YPG dəstələrinin şəhərdən çıxmasının tarixini açıqlamaqdan boyun qaçırıb.  O, bu suallara cavab tapmaq üçün jurnalistlərə birbaşa YPG-yə müraciət etməyi məsləhət görüb.     

 

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu YPG dəstələrinin iyulun 4-dək Mənbici tərk edəcəklərini bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR