Bank Of Baku

Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ olub - YENİLƏNİB - YENİLƏNİB

Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">YENİLƏNİB
# 17 aprel 2016 09:09 (UTC +04:00)

Bakı-APA. Ekvador sahillərində baş verən zəlzələnin amplitudası 7,8 təşkil edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətin məlumatında bildirilir.   

 

Məlumata görə, zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 km cənub-şərqdə yerləşib. Təkanlar 19,2 km dərinlikdə qeydə alınıb.

 

Zəlzələ nəticəsində dağıntılar baş verib, paytaxt Kitonun elektrik enerjisi ilə təchizatı qismən dayandırılıb.

 

***** 05.19

 

Bakı-APA. Ekvador sahillərində güclü zəlzələ baş verib. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, zəlzələnin gücü 7,4 bal təşkil edib. Məlumata görə, 10 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Ekvador sahilinə çox yaxın ərazidə, paytaxt Kitodan 173 km şimal-qərbdə baş verib.

 

Ekvador və Kolumbiyanın sahil rayonlarında sunami təhlükəsi elan edilib.

 

Dağıntılar və insan itkisi barədə hələlik məlumat verilmir.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR