Bank Of Baku

Ekvadorda 8 günlük matəm elan olunub

Ekvadorda 8 günlük matəm elan olunub
# 24 aprel 2016 01:09 (UTC +04:00)

Bakı-APA. Ekvador prezidenti Rafael Korrea güclü zəlzələ nəticəsində ölənlərin xatirəsinə ölkədə 8 günlük matəm elan olunması barədə fərman imzalayacağını bildirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Rafael Korrea baş vermiş zəlzələni milli faciə adlandırıb.

 

Onun sözlərinə görə, ölənlərdən başqa, 130 nəfər hələ də itkin düşmüş hesab olunur, 12,5 min nəfər xəsarət alıb, 26 min sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. Xilasetmə işləri zamanı 113 nəfər uçqun altından xilas edilib. 27 dövlət Ekvadora yardım edib.

 

Son məlumata görə, Ekvadorda aprelin 16-da baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 646  nəfərə çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR