Bank Of Baku

Ekvadorda baş verən zəlzələdə ölənlərin sayı 272-yə çatıb

Ekvadorda baş verən zəlzələdə ölənlərin sayı 272-yə çatıb
# 18 aprel 2016 08:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 272 nəfərə çatıb.

 

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Rafael Korrea bildirib. “Bu say yəqin ki, əhəmiyyətli dərəcədə artacaq”, - deyə Ekvador prezidenti əlavə edib. O, zəlzələdən ən çox əziyyət çəkən Manta şəhərinə səfər edib. Hazırda xilasetmə tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, aprelin 16-da Ekvadorda baş verən 7,8 ballıq zəlzələ 1979-cu ildən etibarən ölkədə qeydə alınan ən güclü yeraltı təkan hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR