Bank Of Baku

Ekvadorda zəlzələdən sonra dağıntılar altında qalan 113 nəfər xilas edilib

Ekvadorda zəlzələdən sonra  dağıntılar altında qalan 113 nəfər xilas edilib
# 22 aprel 2016 21:25 (UTC +04:00)

Bakı-APA. Ekvadorda xilasedicilər ümumilikdə aprelin 16-da baş vermiş güclü zəlzələdən sonra  dağıntılar altında qalan 113 nəfəri xilas ediblər.

 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, son məlumatlara əsasən Ekvadorda 587 nəfər təbii fəlakətin qurbanı olub, 8 300 nəfərə tibbi yardım göstərilib.

 

Hazırda ölkədə 2 000 minədək mütəxəssisin iştirakı ilə axtarış və xilasedici tədbirləri davam etdirilir. Qeyd olunur ki, xilasedicilərin yarısı xarici ölkələrin vətəndaşlarıdır.

 

Boliviya, Kolumbiya və Venesuela daxil olmaqla regionun bir neçə ölkəsi Ekvadora xilasedici qüvvələri və humanitar yardım göndəriblər.

 

Xatırladaq ki, 7,8 bal gücündə zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində qeydə alınıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR