Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında deyilir.
ABŞ prezidenti türkiyəli həmkarına İstanbulda baş vermiş faciə ilə əlaqədar baş sağlığı verib. Söhbət zamanı Türkiyə-Rusiya münasibətlərinin normallaşması prosesinə toxunulub.
“Barak Obama prezident Ərdoğan və Türkiyə hökumətinin İsrail ilə münasibətlərin normallaşdırılması, həmçinin Rusiya ilə münasibətlərdə gərginliyi azaltmaq istiqamətində atdığı addımları alqışlayıb”, məlumatda deyilir.