Bank Of Baku

ABŞ-da 6,9 bal gücündə zəlzələ baş verib - YENİLƏNİB

ABŞ-da 6,9 bal gücündə zəlzələ baş verib - <span style="color: red;">YENİLƏNİB
# 05 may 2018 01:36 (UTC +04:00)

ABŞ-ın Havay ştatında 6,9 bal gücündə zəlzələ baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

 

Yeraltı təkanların episentri Havay Paradiz Park yaşayış məntəqəsindən 25 km cənub-qərbdə, ocağı  5 km dərinlikdə yerləşib.

 

 

Məlumata görə, zəlzələdən sonra bölgədə ardıcıl 20-dək yeraltı təkan qeydə alınıb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

Qeyd edək ki, mayın 4-də Havay adalarında Kilaueya vulkanının puskürməsi ilə əlaqədar təcili təxliyə elan edilib.

 

***
 

02:31

 

Havay adalarında 5,3 bal gücündə zəlzələ baş verib.

 

APA-nın məlumatına görə, bu barədə “ABC News” ABŞ-ın Geoloji Xidmətinə istinadən xəbər verib.

 

Məlumata görə, zəlzələdən sonra qısa müddət ərzində 3,0-4,2 maqnitudalı bir neçə təkan qeydə alınıb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR