Bank Of Baku

Havay adasında vulkan püskürməsi nəticəsində bir nəfər xəsarət alıb

Havay adasında vulkan püskürməsi nəticəsində bir nəfər xəsarət alıb
# 20 may 2018 09:05 (UTC +04:00)

Havay adasında Kilauea vulkanından püskürən lava bir yerli sakinin xəsarət almasına səbəb olub.

 

APA-nın məlumatına görə, bu barədə "Hawaii News Now" telekanalı yerli hakimiyyət orqanına istinadən məlumat yayıb.

 

Binada üçüncü mərtəbədə olan kişinin ayağına lava hissəciyi sıçrayıb. Ciddi xəsarət alan həmin şəxs xəstəxanaya yerləşdirib.

 

Qeyd edək ki, püskürməyə başlayan Kilauea vulkanının külləri 9 km hündürlüyə  qədər yayılır. Ekspertlər vulkanın püskürməsinin bir neçə həftə davam edə biləcəyini söyləyirlər. Bundan əvvəl vulkanın püskürməsi ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrindən 10 minə qədər insan evakuasiya edilib. Vulkandan püskürən lava axını 30-ə qədər evi məhv edib. ABŞ prezidenti Donald Tramp Havay adasını təbii fəlakət zonası elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR