Hondurasda anomal soyuqlar 3 nəfərin ölümünə səbəb olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, iki nəfərin donmuş meyiti İntibuka, bir nəfərin isə Kopan departamentində aşkarlanıb.
Məlumata əsasən, ölkənin bir sıra regionlarında havanın temperaturu müsbət 3-4 dərəcəyədək enib.
Hazırda Meksikada da anomal soyuqlar müşahidə olunur. Belə ki, ölkənin mərkəzində yerləşən Sakatekas ştatında temperatur ilk dəfə mənfi 15 dərəcəyədək düşüb.