Hondurasda 26 noyabr prezident seçkilərindən sonra baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 7 nəfərin öldüyü bildirilirdi.
Son məlumatlara əsasən, müxalifətin tələbi ilə səslərin yenidən hesablanmasından sonra hazırkı prezident Xuan Karlos Ernandes 42,98%, onun müxalif alyansdan olan rəqibi Salvador Nəsrulla isə 41,38% səs toplayıb.
“Universal” portalının məlumatına görə, ölənlər arasında polis əməkdaşları da var. İğtişaşlarda iştirak etdiklərinə görə ölkənin müxtəlif bölgələrində 1700-dək etirazçı saxlanılıb.