Bank Of Baku

İŞİD Nyu-Yorkdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Nyu-Yorkdakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 03 noyabr 2017 04:18 (UTC +04:00)

İŞİD terror qruplaşması Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.  Bu barədə APA “Röyters”ə istinadən xəbər verir.

 

Qeyd edək ki, oktyabrın 31-də 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullah Saipov idarə etdiyi yük maşınını velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb, daha sonra məktəb avtobusu ilə toqquşub. Polislər avtomobildən düşən sürücünü atəş açaraq yaralayıblar.  Hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb.  Ölənlərdən 6-sı hadisə yerində, 2 nəfəri isə xəstəxanada keçinib.

 

Cinayətkarın avtomobilindən aşkarlanan məktubda S.Saipov  hücumu İŞİD adından törətdiyini qeyd edib.  Onun mobil telefonunda İŞİD-in təbliğatına aid 90 videoçarx və 3800-dək fotoşəkil aşkarlanıb.

 

S.Saipov barəsində ömürlük həbs və ya ölüm hökmü çıxarıla bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR