ABŞ-ın “American Airlines” aviaşirkətinə məxsus təyyarə Kanadanın Stivenvil şəhərində təcili eniş edib.
APA-nın TASS agentliiynə istinadən xəbərinə görə, Milan-Mayami reysi ilə uçan təyyarənin göyərtəsində 287 sərnişin və 14 ekipaj üzvü olub.
Məlumata əsasən, uçuş zamanı “Boeing 777”-də pilotların kabinəsində şüşə çatlayıb.
Hadisə nəticəsində zərərçəkən olmayıb. İnsidentin səbəbləri araşdırılır. Sərnişinlər digər təyyarə ilə Mayamiyə göndərilib.