Bakı-APA. Kanada hökuməti Belarus üzərindən sanksiyaları götürəcək. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kanada XİN-in saytında dərc olunmuş məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, 2006-cı ildə tətbiq edilən sanksiyalar Belarusdakı müsbət dəyişikliklərə cavab olaraq aradan qaldırılacaq.
Bu addımın bir müddət əvvəl ABŞ və Aİ-nin analoji qərarı ilə əlaqəli olduğu bildirilir.
Həmçinin bildirilir ki, Kanada artıq bir neçə mal və texnologiyaların ixracına icazə verib, hələlik sanksiyaların tam götürülməsi prosesi gedir.