Bank Of Baku

Kanadada avtobus qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır - YENİLƏNİB

Kanadada avtobus qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır - <span style="color: red;">YENİLƏNİB
# 05 iyun 2018 04:51 (UTC +04:00)

Kanadanın Ontario ştatında baş verən yol qəzasında xəsarət alanların hamısı Çin vətəndaşlarıdır.

 

APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.

 

Məlumata əsasən, qəza zamanı turist avtobusunda 37 çinli turist olub. Onlardan 24-ü müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib, 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Qəza Ottavadan 100 km cənubda yerləşən Preskot şəhəri yaxınlığında qeydə alınıb. Naməlum səbəbdən avtobus yoldan çıxaraq xəndəyə düşüb. Hadisənin səbəbləri araşdırılır.

 

***

 

02:30

 

Kanadanın Ontario əyalətində ağır yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, bu barədə CTV xəbər verib.

 

Məlumata əsasən, sərnişin avtobusu yoldan çıxaraq xəndəyə düşüb. Qəza nəticəsində azı 24 nəfər xəsarət alıb.  Yaralılar xəstəxanaya çatdırılıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisənin səbəbləri müəyyənləşdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR