Bank Of Baku

Kanadada naməlum şəxs lotereyada 40 mln dollar udub

Kanadada naməlum şəxs lotereyada 40 mln dollar udub
# 08 may 2016 04:45 (UTC +04:00)

Bakı-APA.  Kanadanın Kvebek bölgəsində  naməlum şəxs populyar milli “Lotto Max” lotereyasında 50 mln Kanada dolları (38,7 mln ABŞ dolları)  udub. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə lotereya təşkilatçılarının açıqlamasında bildirilir. 

 

Uduşlu bilet təqdim edildikdən sonra onun sahibinin kimliyi məlum olacaq.

 

Hər biri 1 mln Kanada dolları (770 min ABŞ dolları) olmaqla daha iki bilet uduşlu olub.

 

Əhali arasında populyar olan  “Lotto Max” lotereyası Kanadada 2009-cu ildən oynanılır. Uduşu əldə etmək üçün 1-dən 49-dək yeddi əsas rəqəmi doğru qeyd etmək gərəkdir. Bundan başqa, 6-7 ikincidərəcəli mükafatlar da oynanılır. 

 

2015-ci ilin oktyabrında “Lotto Max” lotereyasında 64 mln Kanada dolları ($49,5 mln), dekabrın sonunda isə 60 mln  dollar  ($46,2 mln) udulb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR