Kolumbiyada avtobus uçuruma yuvarlanıb.
APA-nın “Tiempo” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 sərnişin dünyasını dəyişib. Onlardan 7-si kişi, 5-i qadın, biri isə altı aylıq körpədir.
Yerli polisin başçısı, mayor Fernando Montanya bildirib ki, qəza Kolumbiyanın şərqində - Pasto şəhərindən Tumakoya gedən yolda baş verib.
Avtobus torpaq sürüşməsi səbəbindən uçuruma yuvarlanıb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.