Kolumbiyada sərnişin daşıyan avtobus uçuruma aşıb.
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Sabanalarga bələdəyyəsi istiqamətində irəliləyən “Chiva” markalı avtobus dağ yolunda bir motosikleti ötmək istəyərkən uçurumdan aşağı yuvarlanıb. Qəza nəticəsində 14 nəfər ölüb, 36 nəfər isə yaralanıb.
Xilasetmə işlərinə helikopter cəlb olunub. Xəstəxanaya aparılan bəzi yaralıların vəziyyəti ağır qiymətləndirilir.