Bank Of Baku

Kolumbiyada sel nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb

Kolumbiyada sel nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb
# 08 noyabr 2017 23:30 (UTC +04:00)

Kolumbiyanın Korinto şəhərində baş vermiş sel nəticəsində 4 nəfər ölüb.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə,  təbii fəlakət nəticəsində 29 nəfər xəsarət alıb, 18 nəfər itkin düşüb.

 

Məlumata görə, sel Korinto şəhərinin infrastrukturuna ciddi ziyan vurub. 3 min nəfərin təxliyə olunduğu bildirilir. Kolumbiyanın prezidenti Xuan Manuel Santos xilasetmə əməliyyatlarının əlaqələndirilməsi məqsədi ilə bölgəyə gəlib.

 

Xatırladaq ki, bu ilin aprelində Kolumbiyanın Putumayo departamentində baş vermiş sel 300-dək insanın həyatına son qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR