Bank Of Baku

Las-Veqasda musiqi festivalı iştirakçılarına atəş açan şəxs öldürülüb - YENİLƏNİB

Las-Veqasda musiqi festivalı iştirakçılarına atəş açan şəxs öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 02 oktyabr 2017 10:21 (UTC +04:00)

Las-Veqasda musiqi festivalında insanlara atəş açan şəxs öldürülüb.

 

APA-nın “ABC News”-a istinadən verdiyi xəbərə görə, bu barədə Las-Veqas Polis Departamentindən bildirilib.

 

Polis əməkdaşları öldürülən şəxsin hadisəni təkbaşına törətdiyini açıqlayıblar: “Bizdə olan məlumata görə, insidentin törədilməsində bir nəfər iştirak edib. Ona yardım edənlər olmayıb. Əlavə məlumat veriləcək”.

 

 

***

 

11.13

 

Las-Veqasda musiqi festivalı iştirakçılarına atəş açan şəxs zərərsizləşdirilib.

 

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Las-Veqas polis departamentindən bildirilib.

 

Hadisə ilə bağlı Las-Veqasa uçuşlar dayandırılıb. Hava limanı bağlanıb.

 

Yaralanan 24 nəfərdən 12-nin durumu ağır qiymətləndirilir. İki nəfərin öldüyü təsdiqlənib.  

 

Məlumatlara görə, atışmada bir yox, bir neçə nəfər iştirak edib.

 

Ərazidə əməliyyat davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR