ABŞ-ın Las-Veqas şəhərində naməlum şəxs kazinonun yaxınlığında insanlara atəş açıb. APA-nın məlumatına görə, bu barədə “Hollywood Reporter” polisə istinadən məlumat yayıb. Hadisədə azı 20 nəfərin xəsarət aldığı deyilir. Polis “Mandalay Bay Casino” yaxınlığında baş verən atışmanın araşdırıldığına dair açıqlama yayıb.
İlkin ehtimala görə atəş açan şəxs “Mandalay Bay” otel kompleksinin eyvanından atəş açmağa başlayıb. Onun hədəfi yaxınlıqda festivala gəlmiş izləyicilər olub.