Bank Of Baku

Las-Veqasda atışmada ölənlərin sayı 50-ni ötüb, 100-dən çox yaralı var - HADİSƏ ANININ GÖRÜNTÜSÜ - YENİLƏNİB-2

Las-Veqasda atışmada ölənlərin sayı 50-ni ötüb, 100-dən çox yaralı var - <span style="color: red;">HADİSƏ ANININ GÖRÜNTÜSÜ  - <span style="color: red;">YENİLƏNİB-2
# 02 oktyabr 2017 12:54 (UTC +04:00)

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib.

 

APA-nın məlumatına görə, 200 nəfərdən çox insan yaralanıb.  

 

Polis hadisəni törədən 64 yaşlı yerli sakin, Stiven Paddoku zərərsizləşdirib

 

S. Paddok "Mandalay Bay" Hotelin 32-ci mərtəbəsindən açıq havada keçirilən festivalın iştirakçılarına  atəş açıb.

 

Hazırda polis hadisəni törədən şəxsin qadın tanışını axtarır. Meri Lu Denli adlı qadının S. Paddokla əlbir olduğu ehtimal edilir.

 

 

***

 

12.42

 

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

 

APA-nın "Röyters" agentiyinə istinadən verdiyi məlumata görə, bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

 

Ölənlər arasında polis əməkdaşları da var.

 

 

***

 

10.52

 

Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib. APA-nın məlumatına görə, bu barədə “Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb.

 

Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.

 

Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.

 

 

***

 

10.37

 

Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

 

APA-nın “The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb. 

 

İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.

 

Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR