Bank Of Baku

Meksikada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Meksikada fövqəladə vəziyyət rejimi tətbiq edilib
# 19 fevral 2018 02:34 (UTC +04:00)

Fevralın 16-da baş vermiş güclü zəlzələ ilə əlaqədar Meksikanın Oaxaka ştatının 33 bələdiyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün bölgəyə 5 minədək hərbçi, hərbi təyyarə və helikopterlər göndərilib.

 

Ötən cümə günü Meksikanın Oaxaka ştatında 7,2 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar paytaxt Mexikoda hiss olunub. Zəlzələ nəticəsində yüzlərlə tikiliyə ziyan dəyib. Zəlzələdən sonra bölgədə 1500 dən çox  təkrar yeraltı təkan qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR