Bank Of Baku

Meksikada neft zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb

Meksikada neft zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb
# 23 aprel 2016 00:57 (UTC +04:00)

Bakı-APA. Meksikanın Verakruz ştatında neft zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl 24 nəfərin öldüyü, 136 nəfərin yaralandığı bildirilirdi.

 

“Pemex” neft şirkətinə məxsus müəssisədə güclü partlayış aprelin 20-də baş verib. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Qeyd edək ki, 2012-ci ildə “Pemex” şirkətinə məxsus zavodlardan birində baş vermiş yanğın nəticəsində 26 nəfər ölüb. 2015-ci ildə isə şirkətə məxsus neft platforması yanıb, 1 nəfər ölüb, 45 nəfər xəsarət alıb

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR