Meksikanın Playa-del-Karmen limanında turistləri daşıyan bərədə baş verən partlayış nəticəsində yaralıların sayı 22 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 15-i Meksika, 7-si isə ABŞ vətəndaşlarıdır.
Yaralılardan üçü 5, 12 və 14 yaşlı uşaqlardır.
İnsidentin səbəbləri hələ ki, məlum deyil.
***
01:26
Meksikanın Playa-del-Karmen limanında turistləri daşıyan bərədə baş verən partlayış nəticəsində 18 nəfər xəsarət alıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 13 nəfərin yaralandığı bildirilirdi.
Xəsarət alanlara müvafiq tibbi yardım göstərilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.
***
23:49
Meksikada turistləri daşıyan bərədə partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Playa-del-Karmen şəhərində baş verib.
İlkin məlumata əsasən, insident nəticəsində 13 nəfər yaralanıb. Onlardan 3-ün ABŞ vətəndaşları olduğu bildirilir.
Partlayış səbəbi hələ ki, məlum deyil.