Bank Of Baku

Meksikada yük maşını kütləyə çırpılıb, ölənlər var

Meksikada yük maşını kütləyə çırpılıb, ölənlər var
# 21 iyun 2018 01:18 (UTC +04:00)

Meksikanın cənubunda yük maşını kütləyə çırpılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tustla-Qutyerres şəhəri yaxınlığında baş verib.

 

Məlumata əsasən, yük maşını bir neçə avtomobillə toqquşduqdan sonra dayanacaqda avtobus gözləyən insanları vurub.  Hadisə nəticəsində azı 5 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.

 

İlkin ehtimala görə, hadisəyə avtomobilin əyləc sisteminin sıradan çıxması səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR