Şimali Koreya artıq bir neçə ay sonra ABŞ ərazisinə raket zərbəsi endirməyə hazır olacaq.
APA-nın “Washington Examiner”ə istinadən verdiyi xəbərə görə, bu barədə Mərkəzi Kəşfiyyat idarəsinin (CİA) rəhbəri Mayk Pompeo açıqlama verib. O bildirib ki, hazırda Şimali Koreyanın nüvə imkanları 5 il əvvələ nisbətən daha ciddidir, 5 ay sonra isə daha yaxşı olacaq: "Buna görə də, son addımlar üzərində düşünmək lazımdır”.
Xatırladaq ki, Şimali Koreya ABŞ ərazisinə gözlənilməz bir vaxtda ağlagəlməz zərbələr endirəcəyini bəyan edib. Xəbərdarlıq ABŞ-ın Cənubi Koreya ilə birlikdə Koreya yarımadasında hərbi dəniz təlimlərinə başlaması ilə əlaqədar olub.